3D Touch dəstəkli yeni iPhone oyunu ilə birlikdə qadağan edilən ağırlıq ölçmə funksiyası yenidən gündəmə gəldi. Bu oyun ilə iPhone tərəziyə çevirə bilərsiniz.
Apple 3D Touch dəstəkli iPhone modellərinin çəki alternativi olmasını istəmir. Ancaq 3D Touch ilə gələn toxunma həssaslığı xüsusiyyəti sayəsində bu texniki olaraq mümkündür. Bir neçə ay əvvəl iPhone 6s ilə meyvə ölçülmüş və bunun üçün Plum-o-Meter tətbiqi inkişaf etdirilmişdi. Ancaq tətbiq yalnız Jailbreak olan cihazlara yüklənə bilirdi. Çünki Apple cihazları çəki olaraq istifadə edilən tətbiqləri qadağan edəcəyini və App Store qəbul etməyəcəyini açıqlamışdı.
İndilərdə isə Steady Square adlı oyunun yaradıcısı bu xüsusiyyəti gizlicə oyunun içinə yerləştirməyi bacarıb. 9to5Mac qeydlərinə görə ilk baxışda Flappy Bird klon bir oyun kimi görünən bu tətbiq, 3D Touch istifadə edərək oyunçunun hərəkətlərini qəbul şəklində tanıdılır. Ancaq bu tərkibində olan şeyi gizlətmək üçün edilmiş bir gözdən pərdədir.
Tətbiq içinə gizlənmiş çəki ölçmə
Görünüşə görə Applenin tətbiq araşdırma qrupunun gözündən qaçan, oyunun təhsil rejimində olan bu xüsusiyyət ilə birlikdə, iPhone 6s üzərinə qoyulan obyektlərin ağırlığı ölçülə bilir. Ancaq ölçü ediləcək obyektlərin bir qaşığa sığacaq qədər kiçik olması lazımdır.
Tətbiq App Store'da yer aldıqdan bir neçə saat sonra Apple tətbiq redaktorları tərəfindən fərq edilmiş olacaq ki, Steady Square tətbiqi yeniləmək məcburiyyətində qaldı və çəki ölçmə xüsusiyyəti oyundan çıxarıldı. Ancaq yeniləmə etməyən və oyunu yükləmiş istifadəçilər hələ də öz iPhone`larını tərəzi kimi istifadə edə bilərlər. Eyni zamanda irəliləyən dövrlərdə bu cür bənzər addımlar başqa proqramistlər tərəfindən də edilə bilər
Emojiləri göstərEmojiləri gizlə