Root Nədir?
Bir Android cihazı root etmək telefonun köklərinə enmək mənasına gəlir. Bu səbəbdən mobil cihazın sistemi istənilən şəkildə dəyişilə bilir. Bu əməliyyat sayəsində cihazınızda istənilən hər məlumata asanlıqla çatmaq olar. Cihazın istənilən hər hansı data`larını backup imkanınız olur həmçinin cihazınızda sistemi istədiyiniz kimi dəyişdirib fərqli Android interfeysləri qura bilərsiniz. (Romlar vasitəsiylə)
-Bu Sayədə Android telefonunuzda bəzi silə bilmədiyiniz tətbiqləri root ilə silə bilərsiniz.
-Google Play də bəzi root istəyən tətbiqləri yükləyib işlədə bilərsiniz.
-Cihazın Daxili yaddaşı artırıla bilər.
-Təhlikəli bir əməliyyat olan prosessor sürətini azaldıb yüksəltmə imkanınız olur.
-Vibrasiya tənzimləmələri, ekran parametrləri, səs ayarları, kamera ayarları kimi bir çox sahədə xüsusiləşdirmə imkanınız olur.
Mobil telefonunuzu root etsəniz həm zəmanət var isə zəmanət itir həm də avtomatik olaraq gələn update(güncelleme) məhrum olursuz, ancaq telefonu kompüterə qoşub manuel yeniləyə bilərsiniz. Android telefonunuzu rootlarkən əməliyyat qətiyyən dayandırılmamamlıdır. Əks təqdirdə telefonunuz bir daha açılmaya bilər.
Root Necə Edilir?
İlk əvvəl telefonunuzun modelinə uyğun faylları yükləmək lazım olacaq bu proses zamanı Samsung Galaxy S4 istifadə olunub. Galaxy S4 modelinə uyğun fayllar məqalənin altında yerləşdirilib.
1. Lazım olan faylı yüklədikdən sonra kompüterinizə Odin3 proqramını yükləyib qurun və başladın.
2. Telefonunuzu söndürün. Sönülü telefonda səs azaltma + home düyməsi və kilid düyməsinə eyni anda basılı tuturuq.
3. Qarşımıza gələn ekranda səs açma düyməsinə basıb download rejiminə alırıq.
4. Qarşımıza gələn ekranda telefonumuz download rejiminə girmiş olacaq və telefonumuzu kompüterə qoşuruq.
5. Daha sonra kompüterə keçirik Odin3 proqramından PDA düyməsinə basırıq və yükləmiş olduğumuz qovluğun içindən CF-Auto-Root-ja3g-ja3gxx-gti9500.tar.md5 adlı faylı seçirik. Ardınca Start düyməsinə basaraq əməliyyatın bitməsini gözləyirik.
6. Son olaraq telefonu açıb menuya giririk əgər menyuda SuperSU tətbiqi varsa əməliyyatımız uğurla başa çatmışdır.
Odin3 proqramı yükləmə linki: Yüklə
Galaxy S4 modelinə uyğun root üçün fayllar: Yüklə
Galaxy S3 modelinə uyğun root üçün fayllar: Yüklə
Öz telefon modelinizə uyğun root fayllarını tapmaqda çətinlik çəksəz şərhə yazın sizin üçün tapaq
7 şərh
Şərh Yazmaq Üçün klikləSalam komputersiz root etmek olar ? Samsung j1 ucun root faylini nece tapim ?
CavabSM_J250/DS
CavabSamsung Galaxy j1 mini prime.
CavabModel nomresi SM-J 106 H
J1 mini prime.
CavabModel nomresi SM-J106H
Hrdasa işleyitsiz ( telefon ve ya texnologiya yerlerjni nezerde tuturam ) pulundanda olsa etmek isdeyirem
CavabSalam məndə rədmi note 9 du.imkan var onu root etmeye
CavabPoko c 40 üçün edinde
CavabEmojiləri göstərEmojiləri gizlə