WhatsApp'a Necə Şifrə qoyum?
WhatsApp mesajlaşma proqramı deyiləndə ağıla ilk gələnlərdəndir. Yaxşı, xüsusi mesaj və media fayllarımızın olduğu WhatsApp'a necə şifrə qoya bilərik?
WhatsApp tətbiqi artıq həyatımızın bir çox hissəsində rol oynamağa başladı. Hər keçən zaman yenilənməyə davam edən WhatsApp`da artıq səsli görüşmə, mesajlaşma, media mübadiləsi kimi bir çox funksiya var. Xüsusi həyatımıza aid bir çox şeyin olduğu WhatsApp telefonlarımızı icazəsiz alaraq açanların əlinə keçə bilər.
Bu vəziyyəti çox zaman yaşadığımız və narahat olduğumuz bir gerçək. Bu yoldan xilas olmanın iki yolu var. Bunlardan ilki telefonumuza şifrə qoymaq digəri isə WhatsApp tətbiqinə şifrə qoymaq.
Əgər ağıllı cihaz daxili bir şifrələmə tətbiqi yoxdursa həll üçün üçüncü tərəf tətbiqlərə müraciət etməli olacaqsınız.
Android telefonlar üçün:
Android istifadəçiləri üçün marketdə yer alan ən məşhur tətbiqlərdən biri olan "Smart AppLock" WhatsApp şifrələməsi mövzusunda sizə köməkçi olacaq.
Smart AppLock
Əvvəlcə Smart AppLock tətbiqini Google Play Market üzərindən Android cihazınızda qurun. Qurduqdan sonra açdığınız tətbiq sizdən bir parol istəyəcək. Default parol 7777'dir. Daha sonra tətbiq içərisində Ayarlar > Şifre ve Desen nişanına toxunaraq istədiyimiz şifrə növünü seçib mövcud şifrəni dəyişdirə bilərsiz.
Ardından Tətbiqlər bölməsində yer alan + düyməsinə toxunaraq WhatsApp tətbiqi seçin. Beləliklə WhatsApp şifrə qoyma əməliyyatını uğurla reallaşdırmış olacaqsınız.
Lock For WhatsApp
Bu tətbiq Smart AppLock kimi məntiqə sahib olsa da bu tətbiq yalnızca WhatsApp tətbiqi üçün etibarlıdır. Telefonunuza yüklədikdən sonra tətbiqə girərək bir şifrə və şifrə növü seçməlisiniz. Bundan sonra WhatsApp`a girdikdə şifrəni düzgün daxil etdiyinizdə mesajlarınız görünəcək, səhv daxil etdiyinizdə isə heç bir mesaj və ya söhbət açılmayacaq.
iOS telefonlar üçün:
Ümumiyyətlə iPhone cihazlarında WhatsApp`ı şifrəyə qoymaq AppStore'da olan tətbiqlərlə mümkün deyil. Bəs necə etməli?
Jailbreak Nədir? Nə İşə yarayır? daha ətraflı gələcək yazımızda
iPhone, iPad, iPod cihazlarında WhatsApp tətbiqinə şifrə qoymaq üçün cihazlarınızı Jailbreak etməniz lazımdır. Ardından Cydia`dan BioProtect, Watusi və ya WhatsApp ++ tweaklarını yükəyib WhatsApp`ı şifrəyə qoya bilərsiniz.
Emojiləri göstərEmojiləri gizlə